qoruyucu təbəqə

ру защитный слой en protective layer de Schutzschicht fr couche protectrice es capa protectora it strato protettivo
qoruyucu termorele
qoşma nöqtəsi, qoşulma nöqtəsi
OBASTAN VİKİ
Qoruyucu meşələr
Qoruyucu meşələr öz meliorativ və mühit yaradıcı xüsusiyyətləri ilə müxtəlif obyektləri əlverişsiz təbii və antropogen amillərin təsirindən qoruyan təbii və süni meşələr. Azərbaycan Respublikasının bütün meşələri I-qrupa aid edildiyi üçün qoruyucu meşələr sayılır. Bu meşələr Azərbaycan Nazirlər Sovetinin qərarına əsasən (28 yanvar 1983-cü il, N-47) aşağıdakı qoruyucu kateqoriyalara bölünmüşdür. I-Əsasən su mühafizəedici funksiyalı meşələrə qiymətli ov balıqlarının kürüləmə yerlərini qoruyan qadağan meşə zolaqları aid edilmişdir. II-Əsasən qoruyucu funksiyalı meşələrə dövlət qoruyucu meşə zolaqları (9,6 min ha), dəmir yolları boyunca qoruyucu meşə zolaqları (0,2 min ha), respublika əhəmiyyətli avtomobil yolları boyunca qoruyucu meşə zolaqları (4,1 min ha), xüsusilə qiymətli meşə massivləri (90,3 min ha), ətraf mühitin qorunması üçün mühüm əhəmiyyəti olan yarımsəhra, bozqır, meşəli və azmeşəli dağ rayonlarının sair meşələri (663,5 min ha), aid edilmişdir. III-Əsasən sanitariya-gigiyena və sağlamlaşdırma funksiyalı meşələrə şəhərlərin, digər yaşayış məntəqələrinin və s ənaye müəssisələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri (47 min ha), su təhcizatı mənbələrinin sanitariya mühafizəsi zonalarnının I və II qurşaqlarının meşələri (48,6 min ha), kurortların sanitariya mühafizə dairələrinin meşələri (21,8 min ha) daxil edilmişdir. IV–Xüsusi təyinatlı meşələrə dövlət qoruqlarının meşələri (59,5 min ha) aid edilmişdir. Meşə massivləri və meşə zolaqları şəklində sahələri, torpağı, yolları, yaşayış məntəqələrini, su hövzələrini, kənd təsərrüfatı heyvanlarını və s.-ni təbii amillərin zərərli təsirlərindən qorumaq üçün süni yaradılan meşəliklər. Qoruyucu meşə zolaqları aşağıdakı qruplara bölünür: dövlət qoruyucu meşə zolaqları; tarlaqoruyucu meşə zolaqları (dəmyə v ə suvarılan sahələrdə); yamaclarda sutənzimedicitorpaqqoruyucu meşə zolaqları; yarğan və qobubərkidici meşə zolaqları; yollar boyunca qoruyucu meşə zolaqları: irriqasiya meşə zolaqları və s. Respublikamızda Kür-Araz ovalığında, Gəncə-Qazax düzündə və Lənkəran ovalığında tarlaqoruyucu meşə zolaqları, yollar və kanallar boyu meşə zolaqlarının sahəsi cəmi 15,0 min ha təşkil edir, lakin bu meşəliklər həmin ərazilərdə azlıq təşkil edib öz tarlaqoruyucu, meliorativ və iqlim tənzimedici rolunu lazımi dərəcədə təmin edə bilmir.
Qoruyucu mələk
Qoruyucu mələk — İnsanı qorumaq üçün Allah tərəfindən vəzifələndirilmiş səmavi qüvvə. — qoruyucu mələk yardım və rəhbərlik üçün Allah tərəfindən insana verilən mələk, yaxşı ruhdur. Pravoslavlıqda o, insana vəftiz edilən zaman, katolisizmdə - hər bir insana doğulduğu anda verildiyinə inanılır. Pravoslav və Katolik fikirlərə görə, qoruyucu mələk həyatı boyu bir insanın yanında görünməz olaraq onu müşayət edir və pravoslavlıqda, əgər bir insan Allaha məhəbbətini və Onun qarşısında həqiqi imanı saxlayırsa. Qoruyucu mələyin vəzifəsi himayəsinə veriləni xilas etməyə çalışmaqdır. Xüsusən də qoruyucu mələklər xristianları iman və təqvaya ruhən öyrədir, onların ruhlarını və bədənlərini qoruyur, yer üzündə yaşadıqları müddətdə onları müdafiə edir, onlar üçün Allaha dua edir, onları tərk etmir, və nəhayət, ölümdən sonra yer üzündəki həyatını tamamlamış ruhları əbədiyyətə qovuşdurur. Əhdi-ətiqdə qoruyucu mələk anlayışı yoxdur, ancaq insanı şərdən xilas edən mələklərə inama dair dəlillər var (YK. 48:16). Əhdi-cədiddə qoruyucu mələyə inam Müqəddəs Həvarilərin əməllərində isbat edilir və Matta İncilində İsa Məsihin sözləri ilə təsdiqlənir (Mİ. 18:10). Pravoslav və Katolik kilsələri evdə edilən dualarda ən yaxın mənəvi bələdçilər və himayədarlar kimi qəyyum mələklərə hörmət etməyi və onları çağırmağı öyrədirlər. Pravoslav Kilsəsinin təliminə görə, insan qoruyucu mələyin şəxsi adını bilə bilməz, çünki mələk insana Allah tərəfindən verilir və insan üçün görünməzdir.
Qoruyucu yetişdirmə
Qoruyucu yetişdirmə — Qoruyucu yetişdirmə bir çox bitki və heyvan yetişdiricilərinin növlərin, ya nadir cinslərin, ya da bir cins daxilində nadir qan xətlərinin qorunub saxlanılması cəhdidir. Qoruyucu heyvandarlığı bir neçə məqsədə xidmət edə bilər: Bir növ və ya cins daxilində genetik müxtəlifliyin qorunması; Hal-hazırda populyar olmayan, lakin gələcəkdə böyük əhəmiyyət kəsb edə biləcək dəyərli genetik xüsusiyyətlərin qorunub saxlanılması; Növlərin əvvəllər mövcud olduğu ərazinin məskunlaşdırılması Əhalinin ümumi sağlamlığını yaxşılaşdırmaq üçün sağlam fərdlərin yetişdirilməsi. Qoruyucu heyvandarlığı aşağıdakı formaları ala bilər: Nadir cinslərin selektiv yetişdirilməsi, Xüsusən müxtəlifliyin mümkün qədər qorunub saxlanmasını təmin etmək üçün kiçik populyasiyalarda damazlıq genetikasının monitorinqi; Həyati təhlükəsi olan genetik qüsurlardan əziyyət çəkən nadir cinslər gələcəkdə nadir cinsin qorunub saxlanması üçün qəsdən kritik genə malik olan digər cinslərlə çarpazlaşdırıla bilər. "Qoruyucu yetişdirmə" termini ilk dəfə 2000-ci illərin əvvəllərində it yetişdiriciləri üçün seleksiyaçıların seminarlarında məşhur Amerika Kennel Klubunun hakimləri Duqlas Conson və Bill Şelton tərəfindən istifadə edilmişdir. İt cinslərinin qorunması və it genetikasının qorunması 2010-cu illərin ortalarında sürətlənməyə başladı.
Biogeosenotik təbəqə
Biogeosenotik təbəqə — həyat təbəqəsi, biogeosenozların əlaqəli yerləşməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Coğrafi təbəqə
Coğrafi təbəqə atmosferin aşağı, litosferin yuxarı hissəsinin, hidrosfer və biosferin qarşılıqlı təmasda olduğu, nüfuz edərək dəyişdiyi təbəqədir. Coğrafi təbəqə ən mürəkkəb təbii kompleks olub, canlılardan və cansız maddələrdən təşkil olunmuşdur. Onun formalaşması və inkişafı həm geoloji, həm də bioloji amillərdən asılıdır. Coğrafi təbəqənin inkişafı üç əsas mərhələyə bölünür: biogenə qədərki (əsasən Kriptozoy eonunu əhatə edir - biosfer yeni formalaşmağa başladığı üçün üzvi aləm digər xarici təbəqələrə fəal təsir göstərə bilmirdi), biogen (Fanerozoy eonunu əhatə edir - canlılar digər təbəqələrə fəal təsir göstərir, üzvi mənşəli çökmə süxurlar torpaq və üzvi mənşəli faydalı qazıntılar yaranır) və müasir (antropogen; bu mərhələdə insan öz fəaliyyəti ilə coğrafi təbəqəyə güclü təsir edir, coğrafi mühit yaranır). Coğrafi təbəqənin inkişafındakı fasiləsizliyi günəş enerjisi və qismən Yerin daxili enerjisi təmin edir. Coğrafi təbəqənin insanların fəaliyyəti ilə bağlı olan hissəsi coğrafi mühit adlanır. Coğrafi təbəqənin inkişaf qanunauyğunluqları: 1. Bütövlük - coğrafi təbəqəni təşkil edən bütün komponentlər bir-biri ilə sıx qarşılıqlı əlaqəyə malikdir, onlardan birinin dəyişməsi digərlərinin də dəyişməsinə səbəb olur. 2. Ritmiklik - hadisə və proseslərin müəyyən vaxtdan bir təkrarlanması (Yerin öz oxu ətrafında fırlanması - sutkalıq, Günəş ətrafında fırlanması - illik, həmçinin çoxillik və geoloji dövrlər ərzində baş verən ritmiklik mövcuddur).
Lay (təbəqə)
Lay (rus. пласт, ing. stratum) — stratiqrafiyada sərbəst işlənən termin litoloji cəhətdən əsasən bircinsli, yayılma sahəsinə görə az qalınlıqlı, altda və üstdə yatan çöküntülərdən kəskin ayrılan süxur kütləsi. Linza, paz, örtük (lava axını) və s. formalarda olur.
İşçi təbəqə
İşçi sinif və ya İşçi təbəqə — işçi qüvvələrini sataraq yaşayan və istehsal vasitələrinə sahiblənməyən bütün maaş alanların daxil olduğu sosial sinif. Almaniya filosofu Karl Marksa görə, işçi sinfin xarakteristikasının əsas xüsusiyyəti işçi qüvvənin izafi dəyər yaratması, yəni istehsal vasitələrinin sahiblərinə maddi məqsədlərdən asılı olmayaraq mənfəət qazandırmasıdır. Məsəlüçün, həkimlər özəl müəssisədə işləyirlərsə onlar işçi sinfin üzvüdürlər, ancaq onlar dövlət xəstəxanası kimi sahibinə mənfəət qazandırmağa çalışmayan müəssisələrdə işləyirlərsə bu zaman onlar işçi sinfin üzvləri deyillər. Bəzi geniş interpretasiyalara görə, işçi sinif kapitalist müəssisələrdə maaşla işləyən hər bir işçini təmsil edir. Bəzi dar interpretasiyalara görə, işçi sinif kapitalist sənayedə, tikinti, nəqliyyat və kənd təsərrüfatı sahələrində fiziki işə cəlb olunan "göy yaxalıq" işçilərini təmsil edir. Dar interpretasiyalara əsasən, menecer, baxmayaraq ki bir işçidir, işçi sinifə daxil deyil, çünki o, idarəçilər qrupuna daxildir. Fiziki işə cəlb olunan fermer işçi sinfin bir üzvü deyil, çünki o, öz müəssisəsinə, yəni fermasına mənfəət qazandırmaq üçün fiziki işə cəlb olunub. Klerk fiziki işə cəlb olunmayan bir işçidir və işçi sinifə yox, idarəçilər qrupuna daxildir. История рабочего класса России (1861—1900) location=Moskva (rus). SSRİ Tarix İnstitutu.
Qoruyucu Sərhəd əməliyyatı
Qoruyucu Sərhəd əməliyyatı — 8 iyul 2014-cü ildə İsrail ordusunun Qəzzəyə qarşı başladığı hücum əməliyyatıdır. İsrail ordu spikeri etdiyi şərhdə Qəzzədən İsrailin cənubuna atılan raketləri maneə törətmək məqsədiylə əməliyyat başladıldığını bildirib. İyunun 12-də Fələstinin Hebron şəhərində 3 israilli yeniyetmə itkin düşür. İsrailin baş naziri Benyamin Netanyahu əsassız olaraq faktla əlaqədar Fələstin rəhbərliyinin məsuliyyət daşıdığını bildirir. İordan çayının Qərb Sahilində yoxa çıxmış üç yəhudi yeniyetmənin axtarışını davam etdirən İsrail qoşunları ilə fələstinlilər arasında toqquşmalar baş verir, fələstinlilər arasında çoxlu sayda həbs olunanlar var. Axtarış səylərini intensivləşdirən İsrail hərbiyyəsi 150 fələstinlinin həbs olunduğunu bildirib. Ramallah məntəqəsi yaxınlığında baş vermiş toqquşmada 19 yaşlı fələstinli gənc həlak olub. Yəhudi yeniyetmələrin oğurlanmasında İsrail Həması təqsirləndirib, lakin Həmas təşkilatı bu ittihamları rədd edir. Cəsədləri bir neçə gün sonra İordan çayının Qərb Sahilində aşkar edilən yeniyetmələrin dəfn mərasimində on minlərlə insan iştirak edib. Gənclərin üçü də İsrailin Modiin şəhərində dəfn edilib.
Qoruyucu divar (kompüter)
Qoruyucu divar (ing. Firewall) — icazəsiz girişi bloklamaq üçün yaradılıb və yalnız icazəsi olanlara girişi təmin edir. Bu qurğu və ya qurğular sistemi girişə icazəni qaydalar və müxtəlif kriteriyalara əsasən verir. Firewall-un iki əsas növü var: - Vəziyyətə nəzarət edən təhlükəsizlik divarı (Stateful Inspection Firewall) - Tətbiqetmə səviyyəsi təhlükəsizlik divarı (Application Layer Firewall) Vəziyyətə nəzarət edən təhlükəsizlik divarı – məlumatı göndərildiyi yerdən daxil olacağı yerə qədər izləyir. Tətbiqetmə səviyyəsi təhlükəsizlik divarı isə yalnız daxil olan və çıxan məlumatın başlıq hissələrini yoxlayır və tətbiqetmə səviyyəsindəki protokolları məhdudlaşdıraraq təhlükəsizliyi təmin edir. Məsələn, HTTP protokolu vasitəsilə hər hansı bir Veb sayta girişin qadağan olunması. Bu iki növdən ən çox inkişaf edən və ən çox istifadə olunanı birincisidir. Ona görə ki, daha böyük şəbəkələrin, İnternet və daxili şəbəkədəki trafiklərinə nəzarət edir. “Firewall nə üçün lazımdır?” sualına gəldikdə isə bunu qeyd etmək lazımdır ki, sizin kompüteriniz yalnız virus hücumlarına deyil, sizin şəxsi məlumatlarınızı ələ keçirə biləcək hücumlara da məruz qalırlar. Məhz bu hallarda Firewall-dan istifadə olunur.